Bizimhedef.az » siyaset » Şavkat Mirziyoyevin Azərbaycana səfərinin tarixi bəlli olub

Şavkat Mirziyoyevin Azərbaycana səfərinin tarixi bəlli olub

  • 21-08-2023, 10:32
  • siyaset
  • 103 457
Şavkat Mirziyoyevin Azərbaycana səfərinin tarixi bəlli olub


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də ölkəyə dövlət səfəri edəcək.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin saytında məlumat verilib.

Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.

Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya