Bizimhedef.az » dunya » Şirazda törədilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb

Şirazda törədilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb

  • 14-08-2023, 09:15
  • dunya
  • 89 361
Şirazda törədilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb


İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.

“Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb.

Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya