Bizimhedef.az » siyaset » Qərbi Azərbaycan İcması Fransanın son bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Fransanın son bəyanatını qınayıb

  • 28-07-2023, 11:26
  • siyaset
  • 100 325
Qərbi Azərbaycan İcması Fransanın son bəyanatını qınayıb


Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatını qınayıb.

Bu barədə icmadan məlumat verilib.

Bəyanatda deyilir ki, Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır və Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır.
Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, icma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya