Bizimhedef.az » dunya » Paşinyan məsuliyyəti vasitəçilərin çiyninə atırsa… - Tarasov

Paşinyan məsuliyyəti vasitəçilərin çiyninə atırsa… - Tarasov

  • 27-07-2023, 13:54
  • dunya
  • 120 680
Paşinyan məsuliyyəti vasitəçilərin çiyninə atırsa… - Tarasov


“Paşinyan özü Qərbdə Əliyevlə danışıqlar aparır, Qarabağın taleyini müəyyənləşdirir, sonra deyir ki, Rusiya getsə, Qarabağın təhlükəsizliyi təmin olunmur. Yəni Paşinyan məsuliyyəti Rusiyanın və ya təhlükəsizliyi təmin edəcək beynəlxalq vasitəçilərin çiyninə atmağa çalışır. Belə olan halda o, danışıqlar prosesindən geri çəkildiyini deməlidir”.

Bunu rusiyalı ekspert Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, İrəvan yenidən Qarabağ böhranını beynəlmiləlləşdirib, Laçın sərhəd buraxılış məntəqəsini beynəlxalq problemə çevirməyə çalışır.

Onun fikrincə, bu yolla Ermənistan zaman qazanır və üstəlik İrəvan münaqişəni beynəlmiləlləşdirir. O eyni zamanda əlavə edib ki, yaranmış vəziyyətdə Moskva öz eksklüzivliyini itirib: “Baxmayaraq ki, əsas sənədlər 9 noyabr 2020-ci il tarixli bəyanat və Rusiyanın vasitəçiliyi ilə imzalanmış sonrakı sənədlərdir, onun əsasında bütün danışıqlar aparılır. Rusiya deyir ki, əgər Qərblə bu baza əsasında danışıqlar apara bilirsənsə, onda danış. Amma hələlik konkret nəticə yoxdur”.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya