Bizimhedef.az » siyaset » “Haber Global” Şuşa barədə: “Türk dünyasının mədəniyyət paytaxtı yenidən canlanır” - VİDEO

“Haber Global” Şuşa barədə: “Türk dünyasının mədəniyyət paytaxtı yenidən canlanır” - VİDEO

  • 13-05-2023, 10:10
  • siyaset
  • 115 977
“Haber Global” Şuşa barədə: “Türk dünyasının mədəniyyət paytaxtı yenidən canlanır” - VİDEO


“Azərbaycanın işğaldan azad etdiyi Qarabağın göz bəbəyi olan Şuşada Türk dünyasının mədəniyyət paytaxtı fəaliyyətlərinə start verilib”.

Bu barədə “Haber Global” videosüjet hazırlayıb.

“Erməni işğalının izlərinin silindiyi şəhərdə tarix və mədəniyyət yenidən canlanır. İndi Şuşadan silah səsləri və mina partlayışlarının əvəzinə türk dünyasının xalq mahnılarının səsləri ucalır”, - deyə süjetdə qeyd edilib.

“Tədbir çərçivəsində türk dünyası mətbəxindən müxtəlif ləzzətlər təqdim olunub. Bursa Böyükşəhər Bələdiyyəsinin qurduğu stenddə türk mətbəxi təqdim edilib”, - deyə bildirilib.
Süjetdə xatırladılıb ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” adı Bursadan Azərbaycan mədəniyyət və incəsənətinin ən mühüm mərkəzlərindən biri olan Şuşaya verilib.

Daha ətraflı videsüjetdə:

Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya