Bizimhedef.az » dunya » İbrahim Kalın: Bakı Qarabağda yaşayan ermənilərə bu təminatı verir

İbrahim Kalın: Bakı Qarabağda yaşayan ermənilərə bu təminatı verir

  • 26-04-2023, 14:20
  • dunya
  • 156 685
İbrahim Kalın: Bakı Qarabağda yaşayan ermənilərə bu təminatı verir


“Əgər diaspor həqiqətən Ermənistanda yaşayan erməniləri düşünürsə, bu prosesə daha konstruktiv töhfə verməlidir”.

“Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərlə bağlı Azərbaycanın verdiyi bir çox təminatlar da ciddi qarşılanmalıdır: “Onların həyat və əmlakları ilə bağlı Azərbaycan elə təhlükəsizlik modeli təklif edib ki, biz bunu sülh prosesinin əsas sütunlarından hesab edirik”.

Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına gəldikdə İbrahim Kalın deyib: "Qarabağ Azərbaycandır! Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir və burada fərqli mənalar əlavə etmək prosesə töhfə verməyəcək".

Azərbaycanla Ermənistan arasındakı sülh sazişi ilə bağlı məsələyə mövqeyini açıqlayan İ.Kalın bildirib ki, imzalanacaq sülh sazişi iqtisadi cəhətdən daha çox Ermənistanın xeyrinə olacaq və onun Türkiyə ilə münasibətlərinə təsir edəcək.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya