Bizimhedef.az » hadise » Biləsuvarda partlayışda yaralanan və Lənkəranda zəhərlənənlərin son durumu açıqlandı

Biləsuvarda partlayışda yaralanan və Lənkəranda zəhərlənənlərin son durumu açıqlandı

  • 25-04-2023, 10:38
  • hadise
  • 105 016
Biləsuvarda partlayışda yaralanan və Lənkəranda zəhərlənənlərin son durumu açıqlandı


TƏBİB Lənkəranda qida zəhərlənməsi keçirən və Biləsuvarda artlayışda yaralananların son vəziyyətini açıqlayıb.

Ötən gün qida zəhərlənməsi səbəbilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirildiyi açıqlanıb.

Qeyd olunub ki, müalicə alan şəxslərin vəziyyətləri stabildir.

Həmçinin bildirilib ki, Biləsuvar rayonu, Heydər Əliyev prospektindəki yaşayış binasında partlayışda xəsarət alan 2 nəfər (1-i qadın - 2009-cu il təvəllüdlü, 1-i kişi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.

Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətlərinin ağır olduğu məlumatda vurğulanıb.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya