Bizimhedef.az » hadise » Azərbaycanda kömür sexində partlayış - Ölənlər var - YENİLƏNİB

Azərbaycanda kömür sexində partlayış - Ölənlər var - YENİLƏNİB

  • 22-04-2023, 22:20
  • hadise
  • 98 751
Azərbaycanda kömür sexində partlayış - Ölənlər var - YENİLƏNİB


Daxili İşlər Nazirliyi partlayışla bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Ağstafada kömür düzəldilən sexdə partlayış olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı 2 nəfər ölüb.

Partlayış yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Təfərrüatları dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya