Bizimhedef.az » hadise » Azərbaycanın təcili yardım maşınları Xankəndiyə daxil olub - VİDEO

Azərbaycanın təcili yardım maşınları Xankəndiyə daxil olub - VİDEO

  • 5-04-2023, 09:00
  • hadise
  • 120 688
Azərbaycanın təcili yardım maşınları Xankəndiyə daxil olub - VİDEO


Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən bir vəziyyət yaşanıb.

“Caliber” xəbər verir ki, axşam saatlarında Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən, səhhəti zəif olan üç mülki şəxsə tibbi yardım lazım olub.

Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz həmin şəxslərə yerindəcə köməklik göstəriblər.
Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb.

Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya