Bizimhedef.az » hadise » Biləsuvarda yol qəzasında xəsarət alanların adları məlum olub - SİYAHI - YENİLƏNİB

Biləsuvarda yol qəzasında xəsarət alanların adları məlum olub - SİYAHI - YENİLƏNİB

  • 17-03-2023, 14:55
  • hadise
  • 133 205
Biləsuvarda yol qəzasında xəsarət alanların adları məlum olub - SİYAHI - YENİLƏNİB


Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yaralanan 5 nəfərin hamısı Biləsuvar sakinləridir.

Qəza zamanı 1967-ci il təvəllüdlü Valeh Məmmədov, 1987-ci ildə anadan olmuş Vahid Paşayev, 1962-cı il təvəllüdlü Fəridə Hadıyeva, 1981-ci ildə anadan olmuş Elman Kərimov və 1949-cu il təvəllüdlü Rəfiqə Əhmədova xəsarət alıb.

***
Biləsuvarda yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya