Köhnə binaların hamısı söküləcək?
- 2-03-2023, 14:00
- sosial
- 150 398

"Köhnə və qəzalı vəziyyətdə olan bütün binaların sökülməsinə ehtiyac var. Həmin binalarda yaşamaq çox təhlükəlidir”.
Bunu qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov Bakıda qəzalı vəziyyətdə olan evlərin söküntüsünün başlanması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, həmin binaların heç biri günün tələblərinə cavab vermir: "O binalar tez bir zamanda sökülməlidir. Amma bu binaların hamısını eyni vaxtda sökmək mümkün deyil. Həmin binalarda yaşayanları yerləşdirmək çox vaxt aparır. Bu işlər zaman tələb edəcək”.





























