Bizimhedef.az » hadise » Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

  • 21-02-2023, 16:00
  • hadise
  • 109 676
Sabahın havası açıqlandı


Azərbaycanda fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya