Bizimhedef.az » siyaset » İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib

İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib

  • 17-02-2023, 13:57
  • siyaset
  • 111 274
İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib


Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirilib, xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı yaradılıb.

Bunu Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə deyib.

Ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da həmsöhbətinin diqqətə çatdırıb.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya