Paytaxtda böyük söküntü başlayır- Neçə bina söküləcək və nə qədər ailə köçürüləcək?
- 4-02-2023, 11:10
- sosial
- 139 425

Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.
Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.
İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq.































