Bizimhedef.az » siyaset » Azərbaycanın İrandakı Səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər xəsarət alıb - RƏSMİ

Azərbaycanın İrandakı Səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər xəsarət alıb - RƏSMİ

  • 27-01-2023, 11:44
  • siyaset
  • 159 843
Azərbaycanın İrandakı Səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər xəsarət alıb - RƏSMİ


"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya