Bizimhedef.az » bolge » Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir

Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir

  • 23-01-2023, 17:44
  • bolge
  • 136 300
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir



Biləsuvar rayon yol istismar idarəsinin rəisi Əlrahim müəllim - Biləsuvar şəhərinin küçələrinə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Biləsuvar rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq bu il də şəhərin Mübariz İbrahimov, Həzi Aslanov, Səməd Vurğun, 28 may, Süleyman Rəhimov, Bakı, Azadlıq, Baloğlan Abbasov, Fikrət Əmirov,Babək, Şəhid Şəhriyar Mirişli, Məmməd Araz, Qara Qarayev küçələrində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işlərini həyata keçirir.

Bu məqsədlə şəhərin müxtəlif istiqamətlərində yerləşən küçələrində artıq asfaltın örtük hissəsinin təmizlənməsi, deformasiya və dağılmalar olan hissələrin isə yenilənərək kipləşdirilməsi işləri aparılır.

Bəzi küçələrdə asfaltlaşdırma işlərinə də başlanılmışdır. Bu küçələrdə ümumilikdə 6.7 km uzunluğunda yeni asfalt örtüyü qoyulacaqdır.Görülən işlər çərçivəsində şəhərin Təyyarə Meydanı adlanan ərazisindəki Babək və C.Cabbarlı kücələrini birləşdirən yol əsaslı tikilərək birləşdiriləcək və bunun nəticəsində şəhərin mərkəzinə daxil olmadan “Bolqarcay” üzərindən keçən alternativ yoldan istifadə tam asanlaşacaqdır.

Bildiririk ki,ötən il Biləsuvar şəhərində ümumi uzunluğu 3.3 km olan 8 küçədə asfalt-beton örtüyü döşənmiş və əlavə olaraq 53 küçədə ümumi uzunluğu 21.5 kilometr yol qum-çınqıl qarışığı ilə üzlənmişdir.

Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq növbəti illərdə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur. Bunun üçün yaradılmış komisiya tərəfindən təmir və tikintisi daha vacib olan yollar müəyyənləşdirilir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam və keyfiyyətli icra olunması üçün bütün imkanlar səfərbər olunub.

Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir
Əlrahim müəllim: Biləsuvar şəhərinin küçələrinə ən müasir yollar çəkilir


Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır və dinamik inkişaf edir. İndi dünyada proseslər mənfi istiqamətdə gedir, ancaq buna baxmayaraq, son illər Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Dünya dövlətlərinin əksəriyyətində yaşanan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Yaxşı haldır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.

Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsil mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu Öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.

Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə bəyan edir, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır və Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcəkdir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır. Bərpa proseslərinə işğaldan azad olunmuş bütün rayonlara avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu işlər sürətlə davam etdirilir.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya