Bizimhedef.az » sosial » Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər

Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər

  • 23-01-2023, 15:43
  • sosial
  • 148 834
Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər


Göytəpə şəhərində çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulub

Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər


Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına əsasən bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır.Son dövrlər Cəlilabad rayonunda həyata keçirilən abadlıq işləri bunu deməyə əsas verir. Cəlilabad və Göytəpə şəhərlərində prospekt və küçələrin asfaltlanması, bütün səkilərin yenidən qurulması, səkilərə yeni tamet, bardür düzülməsi, yeni işıqlandırma sisteminin quraşdırılması, binaların həyətlərində abadlıq işlərinin aparılması dediklərimizin bariz nümunəsidir. Həmçinin prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan işlər uğurla davam etdirilir. Hazırda Göytəpə şəhərinin O.Eynullayev küçəsində yerləşən 58 saylı çoxmənzilli yaşayış binasının həyətində abadlıq işləri aparılır, binanın həyətinə asfalt örtüyü vurulur.

Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər
Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər
Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər
Xudayar Rəhimov: Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov - Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır və dinamik inkişaf edir. İndi dünyada proseslər mənfi istiqamətdə gedir, ancaq buna baxmayaraq, son illər Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Dünya dövlətlərinin əksəriyyətində yaşanan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Yaxşı haldır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.

Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsil mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu Öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.

Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə bəyan edir, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır və Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcəkdir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır. Bərpa proseslərinə işğaldan azad olunmuş bütün rayonlara avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu işlər sürətlə davam etdirilir.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya