Bizimhedef.az » siyaset » BQXK Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqladı

BQXK Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqladı

  • 18-01-2023, 12:48
  • siyaset
  • 150 447
BQXK Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqladı


Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqlayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavab olaraq bildirib ki, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, Laçın yolu boyu 12 əməliyyat həyata keçirib.

Bu əməliyyatlar zamanı 36 xəstə və onları müşayiət edən şəxslər təxliyə olunublar. Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.

“Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq”, - İlahə Hüseynova qeyd edib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya