Bizimhedef.az » siyaset » Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb - İran parlamentinin sədri

Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb - İran parlamentinin sədri

  • 10-01-2023, 12:39
  • siyaset
  • 155 155
Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb - İran parlamentinin sədri


Bizim Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı dəqiq mövqeyimiz var və biz Azərbaycanla ticarət və tranzit mübadiləsini inkişaf etdirməyə hazırıq.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf azərbaycanlı həmkarı ilə görüşün yekunu ilə bağlı açıqlamasında deyib.

İclas çərçivəsində İran İslam Respublikası, Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında keçirilən üçtərəfli görüşə toxunan Qalibaf bildirib ki, üç ölkə arasında yüklərin daşınması və tranziti, o cümlədən enerji ilə bağlı məsələlər müzakirə olunub.

Görüş zamanı tərəflər xarici işlər nazirləri, müdafiə nazirləri və ölkə başçıları səviyyəsində üçtərəfli görüşlərin keçirilməsini də müzakirə ediblər.

İranla Azərbaycan arasında son zamanlar yaranmış anlaşılmazlığın aradan qaldırıldığını deyən İran parlamentinin sədri gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını açıqlayıb.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya