Prezident Əsgər Abdullayevi vəzifəsindən azad etdi
- 28-12-2022, 12:33
- siyaset
- 90 883

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
































