Bizimhedef.az » hadise » DİN və DSX birgə əməliyyat keçirib, saxlanılan var

DİN və DSX birgə əməliyyat keçirib, saxlanılan var

  • 16-12-2022, 13:08
  • hadise
  • 131 655
DİN və DSX birgə əməliyyat keçirib, saxlanılan var


Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib, saxlanılan var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçiirlən əməliyyat tədbiri nəticəsində çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini Rabil Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya