Bizimhedef.az » siyaset » Sabah Türkiyə -Azərbaycan - Türkmənistan liderlərinin Zirvə toplantısı keçiriləcək

Sabah Türkiyə -Azərbaycan - Türkmənistan liderlərinin Zirvə toplantısı keçiriləcək

  • 13-12-2022, 12:00
  • siyaset
  • 172 358
Sabah Türkiyə -Azərbaycan - Türkmənistan liderlərinin Zirvə toplantısı keçiriləcək


Dekabrın 14-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə Avazada Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin birinci Zirvə görüşü keçiriləcək.

Türk mediası xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 13-14-də Zirvə görüşündə iştirak etmək üçün Türkmənistana səfər edəcək.
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Zirvə toplantısında üç dost və qardaş ölkə arasında bütün sahələrdə, xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq və bu məqsədlə müxtəlif sazişlər imzalanacaq.

Toplantıda liderlər arasında ikitərəfli görüşlər də nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya