Bizimhedef.az » siyaset » Azərbaycan və Rusiya liderləri üçtərəfli sazişləri müzakirə edib

Azərbaycan və Rusiya liderləri üçtərəfli sazişləri müzakirə edib

  • 12-12-2022, 13:50
  • siyaset
  • 122 244
Azərbaycan və Rusiya liderləri üçtərəfli sazişləri müzakirə edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Telefon danışığında liderlər üçtərəfli sazişləri müzakirə edib və gələcək təmaslar barədə razılığa gəliblər.

Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 2021-ci il 11 yanvar və 26 noyabr və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları, müzakirə edildi. Gələcək təmaslar barədə razılıq əldə olunub”, - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya