Bizimhedef.az » dunya » Erməni ekspert: “Rusiya Azərbaycandan qoşunlarını çıxardığı kimi, sülhməramlılarını da çıxaracaq”

Erməni ekspert: “Rusiya Azərbaycandan qoşunlarını çıxardığı kimi, sülhməramlılarını da çıxaracaq”

  • 7-12-2022, 10:19
  • dunya
  • 183 332
Erməni ekspert: “Rusiya Azərbaycandan qoşunlarını çıxardığı kimi, sülhməramlılarını da çıxaracaq”


Əgər Rusiya Qərblə hazırkı qarşıdurmadan zəifləsə, o zaman Gürcüstan və Azərbaycandan qoşunlarını əvvəllər çıxardığı kimi, sülhməramlılarını da Qarabağdan çıxaracaq.

Bunu erməni ekspert Artur Martirosyan deyib.

Onun fikrincə, hər şey Qarabağda sülhməramlıların olmasının Rusiya üçün ekzistensial maraq olub-olmamasından asılıdır.

“Nədənsə biz hesab edirik ki, imzalanmış bəyanata əsasən onların mövcudluğu əbədi xarakter daşımalıdır. Beynəlxalq münasibətlərdə bu, baş vermir. 2025-ci ilə qədər Rusiyada nə dəyişəcək? Sabah Rusiyanın maraqları dəyişə bilər. Bakı sülhməramlıları gözdən salır və ola bilsin ki, bu, danışıqlarda müzakirə olunub ki, 2025-ci ildən sonra sülhməramlılar Qarabağdan çıxarılsın”, - ekspert qeyd edib.

Martirosyanın sözlərinə görə, ən pis varianta hazır olmalıdırlar.

“Siz başa düşməlisiniz ki, mövcud vəziyyətə əsasən, 2025-ci ildə sülhməramlılar Qarabağda etdiklərini etməyə bilər. Belə olan halda Azərbaycan güc tətbiq edə bilər”, - ekspert əlavə edib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya