Bizimhedef.az » hadise » Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO

  • 29-11-2022, 10:12
  • hadise
  • 128 505
Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO


Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.

Apa xəbər verir ki, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

O, hazırda həkim nəzarətindədir.
Məlumatı Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə APA-ya təsdiq edib.

Vəkil cinayət işi üzrə ibtidai istintaqın davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu günə qədər iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam etdirilir.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Nizami Məmmədov 80 milyon manat mənimsəməkdə təqsirləndirilir.

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib - FOTO
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya