Bizimhedef.az » medeniyyet » Yenidən qayıdacaq "Kurtlar Vadisi" hansı kanalda yayımlanacaq?

Yenidən qayıdacaq "Kurtlar Vadisi" hansı kanalda yayımlanacaq?

Yenidən qayıdacaq "Kurtlar Vadisi" hansı kanalda yayımlanacaq?


Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Necati Şaşmaz "Kurtlar Vadisi" serialının çəkilişlərinin yenidən başlayacağını bildirib. O, işlərin gələn ilin ilk ayında işlərin start götürəcəyini də söyləyib.

Türkiyə mediası hazırda serialın hansı telekanalda yayımlanacağı barədə yazır.

Belə ki, əvvəlki illərdən fərqli olaraq tamaşaçılar "Kurtlar Vadisi"ni izləmək üçün ödəniş etməli olacaqlar. Belə bir iddia ilə çıxış edən yerli mətbu orqanı bildirir ki, serial "Netflix", "Exxen" ya da "Disney Plus" platformaları vasitəsilə yayımlana bilər.

Hələlik sözügedən məlumat yalnız iddiadan ibarətdir. Bununla bağlı ekran işinin səlahiyyətliləri açıqlama verməyiblər.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya