Bizimhedef.az » siyaset » Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir

Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir

  • 10-11-2022, 11:01
  • siyaset
  • 115 991
Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir


Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

Report xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya