Bizimhedef.az » sosial » Bu məktəblərdə noyabrın 7-si dərs olacaq - RƏSMİ

Bu məktəblərdə noyabrın 7-si dərs olacaq - RƏSMİ

  • 31-10-2022, 12:07
  • sosial
  • 137 907
Bu məktəblərdə noyabrın 7-si dərs olacaq - RƏSMİ


"2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar təhsil müəssisələrində iş günləri tənzimlənib".

Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

"Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir", - deyə C.Valehov bildirib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya