Bizimhedef.az » hadise » Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə məruz qalan şəxslərə müraciət etdi

Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə məruz qalan şəxslərə müraciət etdi

  • 9-02-2022, 13:09
  • hadise
  • 151 993
Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə məruz qalan şəxslərə müraciət etdi


Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya