Bizimhedef.az » hadise » Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...

Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...

Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...


Məlum olduğu kimi, oktyabrın 23-ü Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun bu gün yaydığı məlumatda qətli törədən 2 nəfərin, yəni “Ceyhun Sabunçu” ləqəbli Cəlal Mirağayevin qətlinin birbaşa iştirakçısı olmuş Elmar Cəfərov və Emin Rəhimovun başqa cinayət əməlinə görə axtarışda olduqları qeyd edilib.

Onların əvvəllər hansı cinayət əməlini törətdiyi və hansı maddələr əsasında axtarışa verildikləri qeyd edilməyib.

Xatırladaq ki, hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə başqa maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər biri barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya