Bizimhedef.az » dunya » ABŞ və Çin 30 milyard dollarlıq məhsullar üzrə tarif razılaşması əldə edib

ABŞ və Çin 30 milyard dollarlıq məhsullar üzrə tarif razılaşması əldə edib

  • 29-09-2026, 09:34
  • dunya
  • 0
ABŞ və Çin 30 milyard dollarlıq məhsullar üzrə tarif razılaşması əldə edib


ABŞ və Çin hər iki tərəfdən təxminən 30 milyard dollar dəyərində həssas olmayan məhsullara daha əlverişli gömrük tariflərinin tətbiqini nəzərdə tutan “30-a 30” çərçivəsi üzrə razılaşıb.
Razılaşmaya əsasən, ABŞ-ın Çindən idxal edəcəyi məhsullar arasında məişət texnikası, Çin tərəfindən ABŞ-dan idxal olunacaq məhsullar arasında isə kənd təsərrüfatı, ərzaq və tibbi avadanlıqlar üstünlük təşkil edəcək.

Tarif endirimlərinin hər iki ölkənin daxili hüquqi prosedurlarından sonra qüvvəyə minəcəyi bildirilib.(apa)
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya