Bizimhedef.az » sosial » Emin Əmrullayev şagirdləri təbrik etdi

Emin Əmrullayev şagirdləri təbrik etdi

Emin Əmrullayev şagirdləri təbrik etdi


Bu gün 124 minə yaxın uşaq yeni dərs ilinə qədəm qoyur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir birinci sinfə qədəm qoyan şagirdlərin timsalında bütün şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Emin Əmrullayev bildirib ki, təhsildə əldə olunan nəticələrin əsasında müəllimlərin fəaliyyəti dayanır. O, müəllimləri də yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Nazir valideynlərə də təşəkkürünü bildirib. O qeyd edib ki, valideynlər bütün tədris prosesi boyunca övladlarının yanında olsalar və məktəblə yaxından əməkdaşlıq etsələr, təhsildə daha böyük irəliləyişlərə nail olmaq mümkündür.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya