Bizimhedef.az » idman » ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır

ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır

  • 24-02-2026, 10:17
  • idman
  • 35


UEFA Çempionlar Liqasında 1/8 final iştirakçıları müəyyənləşir.

Bu gün pley-off mərhələsinin cavab görüşləri start götürəcək.

İki günü əhatə edəcək görüşlərin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da sınaq qarşısına çıxacaq. Qurban Qurbanovun komandası İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

“Sent-Ceyms Park” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxti ilə saat 00:00-da səslənəcək. Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Möcüzə baş verməsə, bu oyun "Qarabağ"ın ÇL-də son qarşılaşması olacaq. Belə ki, “sağsağanlar" ötən həftə Bakıda baş tutan ilk matçda 6:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
24 fevral

00:00. “Nyukasl” - “Qarabağ”
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luca Pairetto (hamısı İtaliya).
VAR: Daniele Kiffi (İtaliya), Kristian Dingert (Almaniya).
Nyukasl. “Sent-Ceyms Park”.
(ilk oyun - 6:1).
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya