Bizimhedef.az » Şəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTO

Şəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTO

  • 28-02-2025, 15:13
  • ---
  • 75 219
Şəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTO


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının övladları üçün “Texno Qəhrəmanlar” master-klası təşkil edib.

AHİK-in “Abşeron” sanatoriyasında keçirilən əyləncəli və maarifləndirici tədbir özəl sektorla əməkdaşlıq çərçivəsində baş tutub.

aia.az xəbər verir ki, əvvəlcə master-klasda 5-14 yaş aralığında şəhid övladlarına informasiya texnologiyaları mütəxəssisləri robotların yığılması və idarə olunması üzrə təlim keçiblər.

Sonra yaş kateqoriyası üzrə bölünmüş qruplar şəklində yarışlara start verilib, iştirakçılar kiçik mühərriklər, ötürücülər və mikrokontrollerlər vasitəsilə robotlar hazırlayıblar. Uşaqlar böyük həvəslə qatıldığı yarışda alqoritm və komandada işləmək bacarıqlarını inkişaf etdiriblər.
Maraqlı və rəqabət şəraitində keçən yarışın qalibləri mükafatlandırılıb. AHİK-in sədr müavinləri - Musa Mirzəyev, Hikmət Osmanov və Qəzənfər Abdullayev uşaqları təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AHİK könüllüləri də tədbirin təşkilində yaxından iştirak edib, uşaqların asudə vaxtının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına dəstək olublar.



Şəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTOŞəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib -VİDEO-FOTO
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya