Bizimhedef.az » sosial » Hepatit daşıyıcıları əsgərliyə aparılmır? - Açıqlama

Hepatit daşıyıcıları əsgərliyə aparılmır? - Açıqlama

  • 25-09-2024, 09:24
  • sosial
  • 50 174
Hepatit daşıyıcıları əsgərliyə aparılmır? - Açıqlama


Azərbaycanda virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması əsas müzakirə olunan məsələlərdən biridir.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a açıqlama verilib.

Bildirilib ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

"Hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər", - açıqlamada qeyd edilib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya