Bizimhedef.az » hadise » Nazirlikdən zəncirvari qəza ilə bağlı məlumat

Nazirlikdən zəncirvari qəza ilə bağlı məlumat

  • 5-08-2024, 09:45
  • hadise
  • 62 696
Nazirlikdən zəncirvari qəza ilə bağlı məlumat


Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya