Bizimhedef.az » dunya » Rusiyada Mi-28 helikopteri qəza etdi - Ekipaj üzvləri həlak oldu+Yenilənib

Rusiyada Mi-28 helikopteri qəza etdi - Ekipaj üzvləri həlak oldu+Yenilənib

  • 25-07-2024, 09:14
  • dunya
  • 79 955
Rusiyada Mi-28 helikopteri qəza etdi - Ekipaj üzvləri həlak oldu+Yenilənib


Rusiyanın Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, helikopter vilayətin Jidrinski rayonunda qəzaya uğrayıb. Hadisə yerində əməliyyat qrupu və xilasedicilər işləyir. Qubernator Mi-28-in qəzaya uğraması nəticəsində itkilərin olub-olmadığını açıqlamayıb.

***

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Mi-28 helikopteri Kaluqa vilayətində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb, hadisə nəticəsində ekipaj üzvləri həlak olub.

“Helikopter boş ərazidə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə qəzası texniki nasazlıq səbəbindən baş verib. Rusiya Aerokosmik Qüvvələrinin komissiyası helikopterin qəzaya uğradığı yerdə işləyir”, - nazirlik əlavə edib.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya