Bizimhedef.az » Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar

  • 21-09-2023, 11:25
  • ---
  • 108 155
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Özbəkistanda səfərdədir.

aia.az xəbər verir ki, sentyabrın 20-də AHİK sədri Səttar Möhbalıyev və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının (ÖHİF) sədri Qudratulla Rafiqov Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
AHİK sədri Səttar Möhbalıyev və onu müşayiət edən şəxslər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar. Sədr Mərkəzin fəaliyyəti ilə tanış olub, Azərbaycan diaspor təşkilatının nümayəndələri ilə görüşüb.
Sonra ÖHİF-in Əmək və Sosial Münasibətlər Akademiyasına gələn AHİK sədri Səttar Möhbalıyev ali təhsil ocağının Elmi şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Tədbirdə çıxış edən Səttar Möhbalıyev Azərbaycan və Özbəkistan respublikaları arasında mövcud münasibətlərdən, bütün sahələr üzrə davamlı inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıqdan, həmçinin ölkələrimizin həmkarlar ittifaqlarının əlaqələrindən danışıb. Tədbirdə Səttar Möhbalıyevə Akademiyanın “Fəxri professor” diplomu təqdim olunub.
Daha sonra ÖHİF-in binasında görüş təşkil olunub. Görüşdə ÖHİF sədri Qudratulla Rafiqov və AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışıblar.
Ardınca ÖHİF və AHİK arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bildirilib ki, Memorandum qurumlar arasında əvvəllər imzalanmış sənədlərin davamı olaraq həm ÖHİF və AHİK, həm də sahə həmkarlar ittifaqları arasında əlaqələri genişləndirəcək, münasibətlərdə yeni mərhələ təşkil edəcək.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -FotolarAzərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya