Cəlilabad meşələrində "ekoterror"
Redaksiyamıza Cəlilabaddan daxil olan məlumata görə, hazırda 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəəbəylinin 13 saylı meşə dolayında kütləvi qırıntı faktları vardır.
Sözügedən dolayın gözətçisi Sərraf Əliyev gözətçisi olduğu dolaydakı adları "Qırmızı Kitab"a düşmüş qiymətli ağac cinslərin kəsdirərək Cəlilabad rayonun Oğrubulaq kəndindəki kustar üsulla kömür istehsal edən kömürçülərə satır.
Oğrubulaq kəndinin kömürçülərin oduncaqla Sərraf Əliyev təmin edir.
Sərraf Əliyevin arxasında İdarənin rəhbər işçilərindən birinin durduğu bildirilir.
Araşdırmamız davam edir və növbəti yazılarımızda "meşə quldurları"na başçılıq edən rəhbər vəzifəli şəxslər barədə geniş məlumat verəcəyik.
Mənbə onu da bildirir ki, Sərraf Əliyev hara çatdı deyir ki, mənim oğlum qazıdır və mənə yaşıl işığdır, odur ki heç kim mənə heç nə edə bilməz.
Qarşı tərəfin mövqeyin dinləyib həmişə olduğu kimi dərc etməyə hazırıq .






























