Bizimhedef.az » siyaset » ABŞ niyə Ermənistana kömək etmək istəmir? – 8 ƏSAS SƏBƏB

ABŞ niyə Ermənistana kömək etmək istəmir? – 8 ƏSAS SƏBƏB

  • 28-08-2023, 13:08
  • siyaset
  • 101 849
ABŞ niyə Ermənistana kömək etmək istəmir? – 8 ƏSAS SƏBƏB


ABŞ-nin Vaşinqtonun iki əsas düşməni olan Rusiya və İranla müttəfiqlikləri səbəbindən Ermənistana kömək etmək üçün çox az strateji motivasiya var.

Bu barədə yazan Fransanın “İssues” nəşri ABŞ-nin ona qarşı hələ də sanksiyalar tətbiq etməməsini “bəxtinin gətirməsi” ilə əlaqələndirib.

Nəşr Vaşinqtonun İrəvana kömək etmək istəməməsinin əsas səbəblərini göstərir:

▪️ Ermənistan Rusiya Federasiyasına Qərbin sanksiyalarından və ixrac nəzarətindən yayınmağa kömək edir;

▪️ Ermənistan İranla enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb;

▪️ Ermənistan ABŞ-nin Sanksiyalar vasitəsilə Düşmənlərlə Mübarizə Aktını pozaraq İrandan pilotsuz təyyarələr və raketlər alıb;

▪️ Ermənistan KTMT və Aİİ kimi Rusiyanın rəhbərlik etdiyi əsas qurumların üzvüdür.

▪️ Vaşinqton heç bir ikitərəfli və ya çoxtərəfli təhlükəsizlik sazişləri ilə İrəvanla hüquqi bağlı deyil.

▪️ Azərbaycan İsrail və ABŞ-nin strateji tərəfdaşıdır.

▪️ Azərbaycan NATO üzvü olan Türkiyənin müttəfiqidir.

▪️ Azərbaycan Ukrayna müharibəsi fonunda Aİ-nin etibarlı enerji tərəfdaşıdır.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya