Bizimhedef.az » dunya » Ağ Evdən Tehrana xəbərdarlıq - ABŞ Körfəzə F-16 və F-35-lər göndərdi

Ağ Evdən Tehrana xəbərdarlıq - ABŞ Körfəzə F-16 və F-35-lər göndərdi

  • 19-07-2023, 12:28
  • dunya
  • 109 711
Ağ Evdən Tehrana xəbərdarlıq - ABŞ Körfəzə F-16 və F-35-lər göndərdi


Biz İranı Hörmüz boğazı vasitəsilə azad ticarəti təhdid edən sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O əmin edib ki, Yaxın Şərqə əlavə Amerika F-16 və F-35 qırıcıları, eləcə də təyyarədaşıyan gəmi göndərilməsi Tehranla müharibəyə hazırlaşmaq demək deyil.
Miller izah edib ki, bu tədbirlər Hörmüz boğazında monitorinq imkanlarının artırılmasına yönəlib.

O xatırladıb ki, dünya neft tədarükünün təxminən 20%-i bu marşrutdan keçir.

Pentaqonun bazar etəsi açıqladığı məlumatda deyilir ki, son aylarda İran hərbi gəmiləri tərəfindən ticarət gəmilərinə hücumların edilməsi və ələ keçirlməsi halları tez-tez baş verdiyindən Hörmüz boğazında və Oman körfəzində hərbi mövcudluğunu artırır. Bu məqsədlə ABŞ Hörmüz boğazında əsas gəmiçilik marşrutlarına nəzarəti artırmaq üçün Yaxın Şərq regionuna əlavə F-35 və F-16 döyüş təyyarələri və döyüş gəmisi göndərəcək.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya