Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusu!
04 May 2023-cü il tarixində “Heydər Əliyev ili” ilə əlaqədar YAP Ağsu rayon təşkilatı Sağ sahil (Ağsu rayon Mərkəzi Xəstəxanası) ərazi partiya təşkilatında “ Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Ağsu RMX PHŞ-nin direktoru Əli Hüseynov bildirib ki, Heydər Əliyev irsi milli dövlətçilik tarixidir. Ulu öndər bir- birindən kəskin fərqlənən iki ayrı dövrdə həm SSSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib. Əli Hüseynov Vurğulayıb ki, Ulu öndər Hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Azərbaycanın hərtərəfli inkişafı məhz Ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük fəxrlə “ Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən dahi şəxsiyyət dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb. 1993-2003-cü illərdə Ümummilli Liderin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük zəfərə aparan yolun başlanğıcı olmuşdur.
















































