Bizimhedef.az » siyaset » Prezident: “Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu”

Prezident: “Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu”

Prezident: “Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu”


“Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu. Bu, təbii ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər verir”.

Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

İnterkonnektorun açılmasının Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verdiyini vurğulayan dövlətimizin başçısı bildirib:

“Bu, həmçinin interkonnektor vasitəsilə qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır”.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya