Bizimhedef.az » siyaset » TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pisləyib

TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pisləyib

  • 14-01-2023, 10:00
  • siyaset
  • 139 452
TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pisləyib


Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.

TDT-nin mətbuat xidmətindən bu barədə bildirlib.

Bəyanatda qeyd olunub ki, TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir.

Bəyanatda Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəklənib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya