Bizimhedef.az » iqtisadiyyat » Azərbaycan 5 faydalı qazıntı yatağını hərraca çıxaracaq

Azərbaycan 5 faydalı qazıntı yatağını hərraca çıxaracaq

Azərbaycan 5 faydalı qazıntı yatağını hərraca çıxaracaq


Fevralın 15-də Əmlak Məsələləri Dövlət Xidməti 5 faydalı qazıntı yatağı hərraca çıxaracaq.

"Ölkə.az" qurumun mətbuat xidmətinə əsasən xəbər verir ki, iddiaçılar Xızıda “Şurabad” qum yatağı, Balakəndə “Göyəmtala” gil yatağı, Qazaxda “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafada “Acıdərə” vulkan külü yataqlarını özəlləşdirmək üçün müvafiq sənədləri fevralın 8-i saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər məlumat almaq, xidmət haqqı və 10 faiz beh məbləğini ödəmək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya