Bizimhedef.az » sosial » Keçmiş məcburi köçkünlər üçün bu ərazilərdə istifadəsiz qalan mənzillər satılacaq

Keçmiş məcburi köçkünlər üçün bu ərazilərdə istifadəsiz qalan mənzillər satılacaq

  • 27-12-2022, 11:54
  • sosial
  • 109 699
Keçmiş məcburi köçkünlər üçün bu ərazilərdə istifadəsiz qalan mənzillər satılacaq


Keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışı həyata keçiriləcək.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, ƏƏSMN tərəfindən 23 yanvar 2023-ci il 10:00-da həmin mənzillərin onlayn satışına başlanacaq:
"Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək".
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya