Bizimhedef.az » dunya » İranda etirazlar başlayandan bəri 496 nəfər həlak olub

İranda etirazlar başlayandan bəri 496 nəfər həlak olub

  • 19-12-2022, 09:15
  • dunya
  • 145 732
İranda etirazlar başlayandan bəri 496 nəfər həlak olub


İranda etirazlar başlayandan bəri 496 nəfər ölüb, 18 mindən çox adam həbs edilib.

Bu barədə məlumatı ABŞ-da yerləşən “İranda İnsan Haqları Müdafiəçiləri” təşkilatı “Telegram”da yayıb.

İlkin məlumatlara görə, ölənlər arasında 68 nəfər 18 yaşdan kiçik şəsxlərdir.

Qeyd olunur ki, sentyabrın 17-dən indiyədək 18 452 nəfər həbs edilib. Onlardan 3928 nəfərin kimliyi və saxlandığı yer məlum deyil.

Eyni zamanda, həbs olunanların 649-u tələbədir. Nümayişlərə 144 universitetdən tələbələrin qatıldığı vurğulanır.

Məlumata görə, ölkənin 160-dan çox şəhərini əhatə edən aksiyalar zamanı hüquq-mühafizə orqanlarının 62 nümayəndəsi öldürülüb.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya