Bizimhedef.az » dunya » Rusiya bu ölkənin nazirinə sanksiya tətbiq etdi

Rusiya bu ölkənin nazirinə sanksiya tətbiq etdi

  • 17-11-2022, 09:17
  • dunya
  • 133 211
Rusiya bu ölkənin nazirinə sanksiya tətbiq etdi


Rusiya Xarici İşlər Nazirliyi İrlandiyaya qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya İrlandiyanın baş naziri Maykl Martin də daxil olmaqla 52 irlandiyalı daxil edilib.

Bildirilib ki, sanksiyaların səbəbi Avropa İttifaqının Rusiya vətəndaşlarına viza verilməsini çətinləşdirən qərarları və ruslara müxtəlif məhdudiyyətləri tətbiq etməsidir.

Həmçinin, sanksiya siyahısına İrlandiya baş nazirinin müavini Leo Varadkar, İrlandiyanın ədliyyə naziri Helen MakEnti, İrlandiyanın maliyyə naziri Paschal Donohoe və İrlandiyanın müdafiə naziri və xarici işlər naziri Saymon Koveni daxildir.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya