Bizimhedef.az » dunya » Ukrayna: "Rusiyanın elit qoşunları tamamilə məhv edilib"

Ukrayna: "Rusiyanın elit qoşunları tamamilə məhv edilib"

  • 23-06-2022, 10:25
  • dunya
  • 188 025
Ukrayna: "Rusiyanın elit qoşunları tamamilə məhv edilib"


Ukrayna hərbçiləri NATO ilə qarşıdurma üçün hazırlanmış Rusiyanın elit qoşunlarını demək olar ki, tamamilə məhv edib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyasının qərb hərbi dairəsinin bölmələri Ukrayna Silahlı Qüvvələri tərəfindən darmadağın edilib. Həmin bölmələrdən yalnız Ukraynaya hücum etməkdən imtina edənlər sağ qalıb.

UTX qeyd edib ki, Moskva və Sankt-Peterburqun da daxil olduğu Rusiyanın qərb hərbi dairəsi NATO qüvvələrinə qarşı mübarizə aparmaq üçün xüsusi təlim keçmiş elit dəstələrdən təşkil olunub.

Hazırda onların sırasından çoxlu zabitlər həlak olub, sürücülər çatışmır, piyada qüvvələri isə “canlı divar” kimi istifadə olunur.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya