Bizimhedef.az » bolge » Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

  • 17-03-2022, 18:54
  • bolge
  • 563 892
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir


17.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının YAP Aparat və Paylayıcı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb,Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına

YAP Aparat ərazi partiya təşkilatına - sədr Mehdiyev Zaur Vahid oğlu, müavin Qasımov Rövşən Nəsimi oğlu.

Paylayıcı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatına - sədr Qurbanov Məhəmməd Mamed oğlu, müavin Alıyev İlqar Firuddin oğlu seçildilər.

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.


Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edirYeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edirYeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edirYeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edirYeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edirYeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edirYeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edirYeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya